VAKANSİYA

11 Fevral

"FINCA Azerbaijan" işçi axtarır – VAKANSİYA

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MƏRKƏZ OFİSİ üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ (KYİ) vəzifəsinə işçi axtarışı elan edir.

ƏSAS ÖHDƏLİKLƏR

• Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
• Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
• Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
• İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.

Tələblər:

• Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
• Mikromaliyyə və ya bank sahəsində 1 il və ya daha çox iş təcrübəsi, kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
• Danışıqların aparılması üzrə bacarıqlar
• Çox yaxşı ünsiyyət qurma bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• MS Office bilikləri
• Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 18 Fevral 2020-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ (MƏRKƏZ) qeyd etməklə göndərə bilərsiniz.