VAKANSİYA

22 Yanvar

"SİRAB" işçi axtarır – VAKANSİYA

Namizədə tələblər:

 Kömpüter bilikləri: MS office (əla), 1C (əla) və Akinsoft (arzu olunan);
 Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzu olunan);
 Təhsil: Maliyyə və ya mühasibatlıq sahəsi üzrə min. Bakalavr təhsili;
 İş təcrübəsi: Müvafiq sahə üzrə min. 5 il
 Yaş: 30-40

Fərdi keyfiyyət tələbləri:

- Problem həll etmək bacarığı:
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilər;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Analitik təhlil və operativlik bacarığı;

Öhdəliklər:

 Vergi və mühasibat uçotunun aparılması;
 Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; Mənfəət, gəlir vergisi);
 İşsizlikdən sığorta, MDSS hesabatlarının hazırlanması;
 Statistika hesabatlarının hazırlanması;
 Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
 Əmək haqqı, məzuniyyət, xəstəlik və ezamiyyə vərəqəsi üzrə hesablamaların aparılması;
 Elektron qaimə fakturaların hazırlanması, göndərilməsi və qəbulu;
 Onlayn kargüzarlıq sistemində Vergilər Nazirliyi və digər vergi ödəyiciləri ilə mavafiq yazışmalar aparmaq, tələblərə uyğun cavab vermək:
 Bank və kassa əməliyyatları;
 Debitor-kreditor borcların təhlili və hesablaşmalar:
 Anbar hesabatı:
 Aylıq, rüblük və illik mühasibat sənədlərinin, hesablaşmaların (üzləşmə və təhvil-təslim aktları üzrə tələb və dəyərləndirmələr və s) və ödəniş öhdəlikləri;
 Vəzifə maaşlarının təyini, dəyişdirilməsi, mal-material qiymətlilərinin dövriyyəsinə nəzarət;
 Mühasibat sənədlərinin müəyyən edilmiş qaydada və vaxtda arxivə təhvil verilməsi;
 Mühasibat hesabları, ştat, kassa, anbar, satış hərəkətlərinə (proseslərinə) nəzarət və yaranmış çatışmazlıqların həlli.

İş şərtləri:

 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 İş qrafiki: Həftədə 5 iş günü ( 9:00-18:00);
 İstirahət günü: Şənbə, Bazar;
 Nahar: Şirkət tərəfindən;
 İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
 Əmək haqqı: Müsahibə əsasında.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Aparıcı mühasib” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.