VAKANSİYA

23 Yanvar

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASC Satınalmalar departamentinin Satınalma əməliyyatları şöbəsinəTəmir-tikinti istiqaməti üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisvakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Smetaların hazırlanması.
  • Təmir və tikinti sahəsi üzrə mal çeşidlərinin , xidmətlərin dəyərləndirilməsi, ölçülməsi və bazar qiymətinin müəyyən edilməsi;
  • Satınalma planının hazırlanmasında iştirak etmək  və hər ay  bu planın yerinə yetirilməsində iştirak etmək;
  • Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət;
  • Bildiriş məktubları və müqavilələrin qalib şirkətlərə təhvil verilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması;
  • Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Tədarükçülərlə işgüzar əlaqələr qurmaq;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək;
  • Aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürülməsi;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Təmir və təkinti sahəsi üzrə müfəssəl biliklərə və təcrübəyə malik olmalı
  • Təqdimat bacarığı;
  • Layihələrin idarə olunması bacarığı;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  bilikləri,
  • Azərbaycan dili yüksək səviyyədə, Rus dilivə İngilis dili (üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] ünvanına 05.02.2020 tarixinədək göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinənamizəd şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.