VAKANSİYA

20 Yanvar

" Baku Electronics" işçi axtarır – VAKANSİYA

 Baku Electronics Onlayn satış şöbəsinin müdiri vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

– Tabeçiliyində olan heyyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək,
– Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfin icrasını şöbə əməkdaşlarına tapşırmaq və prosesin icrasina nəzarət etmək,
– Online müraciət edən müştərilərə satış prosedurlarına uyğun xidmət göstərilməsi və müştəri məmnuniyyətinin ən yüksək səviyyədə tutulması, bunların bütün tabeçiliyndə olan heyət tərəfindən daimi icrasına nəzarət etmək,
– Online mağazanın maliyyə-təsərrüfat xərclərini nəzarət altında saxlamaq,
– İşçi, müştəri və digər problemli məsələləri araşdırmaq, səlahiyyətləri çərçivəsində tədbirlər görmək
– Aylıq iş planını hazırlamaq və icrasının həyata keçirilməsinə nəzarət etmək.

Tələblər:

– Ali təhsil,
– Anoloji sahədə 3-4 il iş təcrübəsi,
– Yüksək səviyyədə ünsiyyət qurma bacarığı,
– Səlis Azərbaycan, əla səviyyədə rus dili,
– MS Office proqramları ilə işləmək bacarığı.

Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Mövzu" bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.