VAKANSİYA

09 Yanvar

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASC Maliyyə monitorinqi və komplayns departamentinin  Komplayns risklərinin idarə edilməsi şöbəsinə Aparıcı və Baş mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Görəcəyiniz işlər:

  • Mövcud qanunvericiliyin, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının, Maliyyə Monitorinqi Xidmətinin, Mərkəzi Bankın, habelə FATCA-CRS tələblərinin yerinə yetirilməsinə nəzarət və monitorinq;
  • Komplayns riskləri ilə bağlı halların aşkarlanması, onların yaranma ehtimalının müəyyən edilməsi, mümkün risklərin qiymətləndirilməsi.
  • Bankda komplayns riskinin səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksinin əlaqələndirilməsi və hazırlanmasında iştirak;
  • Bankın daxili sənədlərində nəzərdə tutulan komplayns riskinin idarə edilməsi ilə əlaqəli hüquqi bazada (qanunlar, digər normativ aktlar, fəaliyyət standartları və s.) dəyişikliklərin monitorinqi.

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
  • Müştərilərə xidmət sahəsində 1 ildən artıq iş təcrübəsi olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • BPM, Bİ, Flexcube və s bank proqramlarında sərbəst iş bacarığ olanı;
  • Analtik Təhlil bacarığı olan;
  • Probləmləri həlletmə bacarığı olan;
  • Azərbaycan dilini yüksək, rus və ingilis dillərini orta səviyyədə bilən.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  20yanvar 2020-ci il  tarixinədək [email protected]elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.