VAKANSİYA

28 Dekabr

\" eManat\" işçi axtarır – VAKANSİYA

 eManat Menecer köməkçisi vəzifəsinə işçi axtarır.

İş şəraiti :

1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı = 544 AZN
4. İş rejimi: Həftənin 5 günü (09:00-18:00), 6-cı gün qısaldılmış iş günü
5. Tibbi sığorta

Öhdəliklər:

1. E-poçt yazışmalarını idarə etmək
2. Daxil olan məktubları və sənədləri almaq və onların bölüşdürülməsini əlaqələndirmək
3. Rəhbərin iş qrafikinə uyğun iş planı hazırlamaq
4. Kargüzarlıq işləri
5. Sənədlərin düzgün (qəbul olunmuş təlimatlara uyğun olaraq) işlənilməsi
6. Görüşlərin təşkili
7. Ezamiyyətlər zamanı xarici biletlərin alınması, görüşlərin təşkili

Tələblər:

1. Ali Təhsilli
2. Ən az 2 il iş təcrübəsi
3. Dil bilikləri: Azərbaycan və Rus dili – mükəmməl, İnglis dili – arzuolunandır
4. Ofis proqramlarında sərbəst işləməyi bacarmalı
5. Məsuliyyətli, işi düzgün icra etməli
6. Gərgin iş rejimində işləməyi bacarmalı
7. Öyrənməyə həvəsli, yeniliyə açıq, araşdırmacı olmalı

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Menecer köməkçisi” yazılmalıdır.
İşlə bağlı son müraciət tarixi – 15 yanvar 2020