VAKANSİYA

04 Noyabr

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu maliyyə analitiki vəzifəsinə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, iqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində ali təhsilli, maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək

- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili

- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi

- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.

Namizədə tələblər:

- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil

- ACCA , CIMA CFA üzrə biliklər,

- Ümumi IFRS-i biliyi

- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi

- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;

- Problemlərin həll etmə bacarığı;

- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək.

Maraq göstərən şəxslər CV-lərini "mövzu" yerinə “Maliyyə Analitiki" sözünü qeyd etməklə [email protected] mail adresinə göndərə bilərlər.