Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır

Vahid Ələkbərovla birgə İskəndər Xəlilov da Bakıya gəlib – Fotolar

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Bakıda Yelo Bank ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Bankın bütün səhmdarları, Mərkəzi Bank rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edib.

Fins.az-ın məlumatına görə, açılışda Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Lukoil” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov, həmçinin “ISR Holding” şirkətinin prezidenti, milyarder İskəndər Xəlilov qatılıb.

Qeyd edək ki, 71 yaşlı Vahid Ələkbərov “Forbes” jurnalının 2020-ci ildə aktiv satışından və yaxud dividendlərdən ən çox gəlir əldə edən Rusiya milyarderlərinin reytinqinə əsasən, 26,1 milyard dollar sərvətə sahibdir.

“Lukoil” prezidenti neft işini dünyanın bir çox ölkəsində genişləndirib. Şirkətin nümayəndəlikləri Rusiya, Belarus, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda fəaliyyət göstərir. Faydalı qazıntılar sahəsindəki uğurlu fəaliyyətinə görə milyarder dəfələrlə fəxri mükafatlarla təltif olunub, eyni zamanda dövlət mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyev 2020-ci ilin avqustunda Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Ələkbərovu “Dostluq” ordeni ilə təltif edib.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Cütlüyün Yusif adlı bir oğulları var.

İskəndər Xəlilovun isə 65 yaşı var. 1988-1991-ci illərdə “Lukoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 2003-cü ilin fevralından “Lukoyl” Oversiz Holdinq LTD”nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləyib.

2006-cı ildə Azərbaycan  Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

İ. Xəlilovun sərvəti milyardlarla ölçülür, lakin dəqiq rəsmi rəqəm açıqlanmır.

Xəlilovlar ailəsi Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə fəaliyyət göstərən böyük “ISR Holding”ini idarə edir. Holdinq neft məhsullarının daşınması və ticarəti, yod istehsalı, avtomobil satışı, deviloper və otelçilik biznesi ilə məşğuldur. 

İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşları da ataları kimi bizneslə məşğuldurlar.

SHARE THIS STORY

FacebookTelegramTwitter