Türkiyə rəsmisi: “Azərbaycan ildə 10 milyon turist qəbul edə bilər”

“Bakıya 18 il əvvəl 1 günlük gəlmişdim. Sonra bir neçə dəfə də gəlmək imkanım oldu. Bir şəhər bu qədər gözəlləşə bilərmi? Heyran olmamaq mümkün deyil”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Hazırda Azərbaycan ildə 3 milyon turist qəbul edir və viza prosedurlarını sadələşdirməklə bu rəqəmi 10 milyona çatdıra bilər”, – deyə o qeyd edib.

Bundan başqa, Türkiyə rəsmisinin sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi iş adamları üçün yeni imkanlar yaradır. Dövlətin də investisiya qoyuluşu üçün imkanları var.

“Azərbaycan neftin ucuzlaşmasına görə itirdiyi vəsaiti artıq bərpa etməkdədir”, – deyə N.Nebati əlavə edib.

SHARE THIS STORY

FacebookTelegramTwitter