Müalicə məqsədilə ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, xüsusilə Naftalan istiqamətində.
Finss.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə də müəyyən işlər görməyə davam edilir:
"Prezident İlham Əliyev Naftalan neftinin sağlamlıq turizmində istifadəsi ilə bağlı sərəncam verib. Burada həmin xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi və genişləndirilməsi, dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir.”
E.Cavadov əlavə edib ki, Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər.