TURİZM

20 Avqust

Tayland xarici turistlərə rəqəmsal aktivləri milli valyutaya çevirməyə icazə verəcək

Finss.az xəbər verir ki, Tayland hökuməti xarici turistlərə səyahət xərclərini ödəmək üçün rəqəmsal aktivləri bata çevirməyə icazə verəcək, maliyyə naziri Pichai Choonhavajira bildirib. Bu barədə Bloomberg məlumat yayıb.

Ölkənin hakimiyyət orqanları turizm sənayesini stimullaşdırmaq və əcnəbilərə rahat ödəniş imkanları təqdim etmək üçün innovasiyaları inkişaf etdirmək və rəqəmsal aktivlərdən istifadəni dəstəkləmək istəyir. Nazirin sözlərinə görə, konversiya proqramı TouristDigipay adlanacaq. Dördüncü rübdə test rejimində işə salınacaq, "pilot" 18 ay davam edəcək.