Usta Turizm şirkəti tərəfindən 26-27 iyul tarixlərində təşkil olunacaq “Şamaxı, İsmayıllı, Qəbələ” turu iştirakçılara təbiət, əyləncə və musiqi dolu iki günlük unudulmaz istirahət təklif edir. Turun xüsusi qonaqları isə “O Səs Türkiyə” finalçıları Variz və Ceyhun qardaşları olacaq.
Finss.az xəbər verir ki, qiyməti 147 AZN olan bu 1 gecə 2 günlük tur paketinə bütün ekskursiyalar, A-frame tipli evlərdə otel yerləşməsi, iki dəfə səhər yeməyi, kabab şousu, samovar çay süfrəsi, canlı musiqi proqramı, gitara şousu, video və foto çəkiliş, “mafiya” və digər əyləncəli oyunlar, həmçinin yolda oyunlar və hədiyyələr daxildir. Nəqliyyat VIP Neoplan avtobuslarla təmin olunur, tur rəhbəri isə təcrübəli bələdçidir.
Ekskursiyalar çərçivəsində iştirakçılar Alpaka ferması, İsmayıllı meşəsi, Basqal kəndi, Nohur gölü, Yeddi Gözəl şəlaləsi və Diri Baba türbəsi kimi maraqlı yerləri ziyarət edəcəklər.
Təşkilatçılar turun məqsədinin milli-mədəni dəyərlərin tanıdılması, təbiət və tarixin təqdimatı, əyləncə və istirahətin vəhdətində səmərəli zaman keçirmək olduğunu bildirir. Spirtli içki istifadəsi qəti qadağan olunub və hava şəraitinə uyğun geyim tövsiyə olunur.
Ətraflı məlumat və qeydiyyat üçün Usta Turizm ilə (055) 300 53 20 və ya (055) 300 53 80 nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az