Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 1,86 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrin payına düşüb.
Hesabat dövründə hava nəqliyyatı ilə 192 min ton yük də daşınıb. Bu göstərici illik müqayisədə 8,4% artım deməkdir.