“Story Travel” turizm şirkəti Dubay və Əbu-Dabi istiqamətində lüks və əyləncə dolu beş günlük qrup turu təqdim edir.
Finss.az xəbər verir ki, hər ay üç dəfə həyata keçirilən bu səfərdə iştirakçılar metrolardan və piyada gəzintilərdən uzaq, tam VIP nəqliyyat xidməti ilə rahat və zəngin ekskursiyalarla təmin olunur.
Tur 499 ABŞ dolları qiymətində təklif edilir və 20-24 iyun, 16-20 iyul, 25-29 iyul, 15-19 avqust, eləcə də 26-30 avqust tarixlərini əhatə edir. Qiymətə Bakı-Abu-Dabi-Bakı istiqamətində aviabilet (10 kq əl yükü ilə), 4 ulduzlu “Millennium Palace Mirdif” otelində gecələmə, gündəlik səhər yeməyi, VIP transfer xidməti və peşəkar tur rəhbərinin müşayiəti daxildir. Otel daxilində hovuz, sauna, spa və trenajor xidmətləri də təqdim olunur.
Tur proqramına Burj Khalifa, Dubai Mall, axşam saatlarında dənizdə kruiz gəzintisi, Miracle Garden Butterfly Garden, Jumeirah Beach, Marina Walk, səhrada safari, Global Village, texnologiya və virtual reallıqla zəngin Aya Universe, həmçinin The View at The Palm panoramik məkanı kimi görməli yerlərə ekskursiyalar daxil edilib.
Şirkət şəhər vergilərinin qiymətə daxil olmadığını və ödənişli ekskursiyalara yalnız transferin daxil olduğunu bildirir. Tur qiyməti 2 və ya 3 nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub və ödənişlər manatla, günün məzənnəsinə uyğun şəkildə qəbul edilir.
Məhdud sayda yer mövcud olduğundan erkən rezervasiya tövsiyə olunur. Ətraflı məlumat üçün (077) 5685370 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.