2025-ci ilin yanvar-may aylarında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən Azərbaycana səfər etmiş turistlər ölkədə 265 milyon manat pul xərcləyib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon manat və ya 22% çoxdur. Belə ki, 2024-cü ilin ilk beş ayında İƏT ölkələrindən gələn turistlər Azərbaycanda 217,2 milyon manat vəsait xərcləyib.
Xərcləmələrin böyük hissəsi nəqliyyat və yerləşmə xərclərinə yönəlib.
Ən çox vəsait xərcləyən turistlər Türkiyədən gələnlər olub – 129,1 milyon manat. İkinci yerdə Pakistan (44,2 milyon manat), üçüncü yerdə isə Qazaxıstan (48,2 milyon manat) qərarlaşıb.
İƏT ölkələrindən gələn turistlərin xərcləri (min manatla):
Ölkə | 2025 (yanvar-may) | 2024 (yanvar-may) | Artım (min manat) | Artım (%) |
---|---|---|---|---|
Türkiyə | 129 128,6 | 100 966,3 | +28 162,3 | +27,9% |
Özbəkistan | 18 723,7 | 17 539,4 | +1 184,3 | +6,8% |
Qazaxıstan | 48 213,5 | 40 480,5 | +7 733,0 | +19,1% |
Qırğızıstan | 3 285,7 | 2 736,2 | +549,5 | +20,1% |
Türkmənistan | 8 258,5 | 8 343,1 | −84,6 | −1,0% |
Tacikistan | 4 144,2 | 2 244,6 | +1 899,6 | +84,6% |
Pakistan | 44 187,1 | 38 264,8 | +5 922,3 | +15,5% |
İran | 9 090,5 | 6 620,3 | +2 470,2 | +37,3% |
Əfqanıstan | - | - | - | - |
Cəmi | 265 032,0 | 217 195,2 | +47 836,8 | +22,0% |
Ümumi turist axını artıb
Cari ilin ilk beş ayında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5% artım deməkdir.
Ən çox turist gələn ölkələr arasında Türkiyə (17,7%), İran (8,6%), Qazaxıstan (3,6%), Pakistan (2,8%), Özbəkistan (1,9%) və Türkmənistan (1,3%) yer alır.
Turistlərin 68,9%-i kişilər, 31,1%-i isə qadınlar olub.