TURİZM

12 İyun

5 günlük İzmir, Alaçatı və Çeşmə turu:450 AZN-dən başlayan qiymətlərlə

"Tel Travel" turizm şirkəti tərəfindən təşkil edilən 5 günlük İzmir, Alaçatı və Çeşmə turuna erkən rezervasiyalar qəbul olunur.

Finss.az xəbər verir ki, tur çərçivəsində turistlərin Egey dənizi sahillərində istirahəti, tarixi və turistik məkanlara ekskursiyalarla zəngin proqram təklif olunur.

Tur 08-12 iyun, 23-27 iyul və 07-11 avqust tarixlərini əhatə edir. Qiymətə aviabilet, transfer, 4* oteldə gecələmə, səhər yeməkləri və peşəkar tur rəhbərinin müşayiəti daxildir. Qonaqlar İzmirin sahil bulvarında, Alaçatının tarixi küçələrində və Çeşmənin sahilində gəzinti imkanı əldə edəcəklər. Tur iştirakçıları əlavə ödənişlə Pamukkale və Efes kimi məşhur bölgələri də ziyarət edə biləcəklər.

Uşaqlar üçün endirimlər tətbiq olunur, muzey və bəzi giriş biletləri isə qiymətə daxil deyil. Tur zamanı təlimatlara və ayrılmış vaxta əməl olunması tələb edilir.

Əlaqə:
(055) 2915430
(050) 9996960
(050) 2420259

Fuad Mədətov
Finss.az