Bakıdan Lənkəran və Lerik istiqamətində bir günlük tur təşkil edilir. Tur iyun ayı ərzində müxtəlif tarixlərdə keçiriləcək.
Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 25 AZN, standart paket üçün 29 AZN-dir. Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və çay süfrəsi daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur.
Ekskursiyalar proqramına Lənkəran Xanbulan gölü (giriş 2 AZN), Sivəkaran şəlaləsi, Meşəbəyi istirahət mərkəzi və Rahat Məkan istirahət mərkəzində nahar fasiləsi daxildir.
Toplanış saat 06:30-da Gənclik metrostansiyası, Caspian Shopping Mall önündə, çıxış isə 07:10-da baş tutacaq. Təxmini Bakıya dönüş saatı 23:00-dur.
Qeyd olunur ki, 5 yaşa qədər uşaqlar ödənişsizdir və nəqliyyatda yer tutmur. Tur zamanı spirtli içkilər qəti qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Fərdi qruplar üçün toplanış yeri və tarix seçimi sərbəstdir. Minimum 18 nəfərlik qrup yarandıqda digər rayonlara da tur təşkil etmək mümkündür.
Əlaqə və məlumat üçün:
Perfect Travel
(+994 99) 832 13 33
Fuad Mədətov
Finss.az