TURİZM

05 İyun

Azərbaycan turizmdə regional mərkəz statusunu möhkəmləndirir

Finss.az - Azərbaycan Avropa ilə regionun digər istiqamətləri arasında əlçatan və strateji mərkəzə çevrilib. Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında səsləndirib. O bildirib ki, turizm sektoru 2024-cü ildə ölkənin ÜDM-nə 4,5% töhfə verib və bu artım tendensiyasının 2025-ci ildə də davam edəcəyi gözlənilir.

Nağıyev Azərbaycanın COP29-a ev sahibliyi etməsinin turizm sahəsində beynəlxalq rolunu gücləndirdiyini vurğulayıb. Bu il ilk dəfə COP gündəliyinə turizm məsələləri də daxil edilib. “Turizmdə Gücləndirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” 70-dən çox ölkə tərəfindən dəstəklənib. Nağıyev digər ölkələri də təşəbbüsə qoşulmağa çağırıb.