May ayında təşkil olunacaq “Quba Mountain Breeze” turu sərfəli qiymətlərlə və macəra dolu marşrutla iştirakçılara təqdim olunur.
Finss.az xəbər verir ki, bir günlük tur üçün ekonom paket 25 AZN, standart paket isə 29 AZN-dir.
Tura nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, çay süfrəsi və yolboyu əyləncəli oyunlar daxildir. Standart paketə əlavə olaraq səhər yeməyi də təklif olunur.
Tur iştirakçıları Quba Mountain Breeze məkanı, Qımılqazma yaylası, Qəçrəş meşəsi və Macəra Lake Park kimi məkanları ziyarət edəcəklər.
Turun tarixləri: 28 və 31 May.
Toplanış saat 06:30-da Gənclik metrosunun yaxınlığında, Caspian Shopping Ticarət Mərkəzinin qarşısında baş tutacaq. Çıxış saat 07:10-da, Bakıya təqribi dönüş isə saat 22:00-da nəzərdə tutulub.
Yolüstü qoşulmaq istəyənlər üçün digər toplanış məntəqələri: Şamaxinka (Lukoil), Xırdalan dairəsi, Saray postu (Araz market) və Sumqayıt yazısının önü.
0-5 yaş arası uşaqlar üçün tur ödənişsizdir (nəqliyyatda yer tutulmamaq şərti ilə). Tur zamanı spirtli içkilər qəti qadağandır. Nahar qiymətə daxil deyil.
Minimum 18 nəfərlik qruplar üçün istəyə uyğun tarix və toplanış məntəqəsi ilə fərdi turlar da təşkil olunur.
Əlavə məlumat üçün əlaqə: (077) 331-14-51 / Time to Travel
Fuad Mədətov
Finss.az