TURİZM

21 May

Qarabağa səyahət: Eksklüziv tur paketi

STORY TRAVEL şirkəti tərəfindən Qarabağ bölgəsinə – Xankəndi, Şuşa, Ağdam, Xocalı və Əsgəran istiqamətinə bir günlük vətənpərvərlik ruhlu tur təşkil edilir.

Finss.az xəbər verir ki, tur may ayının müxtəlif tarixlərində keçiriləcək və iştirakçılar səhər saatlarında Bakını tərk edib, axşam saatlarında geri dönəcəklər.

Turun qiyməti seçilən paketə uyğun olaraq 65 və ya 70 manat təşkil edir. Qiymətə portalda qeydiyyat, nəqliyyat xidməti, tur rəhbərinin müşayiəti, ekskursiyalar və çay süfrəsi daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur. Gəzinti zamanı iştirakçılar Ağdam Cümə Məscidi, Xankəndi şəhəri, Cıdır düzü, Şuşa qalası, Xocalı şəhəri və digər tarixi məkanları ziyarət edəcəklər.

Tur çərçivəsində nahar qiymətə daxil deyil. Hərbi postlardan keçid zamanı axtarışda olan və ya borc səbəbilə məhdudiyyət qoyulmuş şəxslər səfərə buraxılmır. Bu halda ödəniş geri qaytarılmır. Tur başlamazdan üç gün qalmış qeydiyyat ləğv edilmir və dəyişiklik edilmir. Tur zamanı əyləncələr və oyunlar keçirilməyəcək, spirtli içki qəbulu isə qəti şəkildə qadağandır.

Toplanış saat 04:00-da Gənclik metrosunun yaxınlığında, Caspian Shopping mərkəzinin qarşısında olacaq. Çıxış saat 04:30-da planlaşdırılır, Bakıya isə təxminən saat 23:00-23:30 radələrində qayıdış nəzərdə tutulur.

Əlaqə üçün:
(077) 568-53-70

Fuad Mədətov
Finss.az