TURİZM

21 May

Azərbaycan “Tel Aviv EAT 2025” qida festivalında təmsil olunur

Finss.az - Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyinin təşəbbüsü ilə ölkəmiz Təl-Əvivdə keçirilən “Tel Aviv EAT 2025” qida festivalında iştirak edir.

İştirakın məqsədi İsrail bazarında Azərbaycanın tanıdılması və ölkəmizin mədəni-turizm imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.

Azərbaycanın İsraildəki Səfirliyinin tərəfdaşlığı ilə təşkil olunan və dünyanın ən böyük ictimai qida festivallarından biri sayılan tədbirdə Azərbaycan guşəsi fəaliyyət göstərir, milli mətbəx nümunələri ziyarətçilərə təqdim edilir.

Mayın 22-dək davam edəcək festival çərçivəsində Azərbaycan haqqında məlumatlandırıcı materiallar və tanıtım çarxları nümayiş olunur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 13 636 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artımdır.

Zemfira Ms
Finss.az