TURİZM

15 May

Bu il Azərbaycana 735 884 xarici vətəndaş səfər edib

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735 884 xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Bu rəqəm ölkəyə marağın artdığını və turizm sektorunda sabit inkişafın davam etdiyini göstərir.

Dövlət Turizm Agentliyinin açıqladığı hesabatda bildirilir ki, yalnız aprel ayında ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs daxil olub. Bu, 2024-cü ilin aprel ayı ilə müqayisədə 7 faiz, 2025-ci ilin mart ayına nisbətən isə 34,4 faiz artım deməkdir.

Azərbaycana gələn turistlərin ölkələr üzrə TOP 10 siyahısında aşağıdakı ölkələr yer alıb:

  1. Rusiya – 178,3 min

  2. Türkiyə – 132,1 min

  3. Hindistan – 81 min

  4. İran – 66,4 min

  5. Gürcüstan – 34,8 min

  6. Qazaxıstan – 26,1 min

  7. Pakistan – 21 min

  8. Səudiyyə Ərəbistanı – 18,4 min

  9. Birləşmiş Ərəb Əmirlikləri – 16,2 min

  10. İsrail – 13,6 min