Tel Travel şirkəti Avropanın vizasız səfər edilə bilən Balkan ölkələrinə – Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Albaniyaya 8 günlük qrup tur təşkil edir.
Finss.az xəbər verir ki, qiyməti 1450 avro (təxminən 1350 AZN) olan bu turda iştirak üçün ilkin olaraq 50% ödəniş etməklə qeydiyyatdan keçmək mümkündür.
Tur çərçivəsində səyahətçilər Belqrad (2 gecə), Sarayevo (1 gecə), Budva (3 gecə) və Tiranada (1 gecə) 4 ulduzlu otellərdə yerləşdiriləcək. Aviabilet (əl yükü ilə), şəhərlərarası transferlər, səhər yeməkləri, azərbaycanlı tur rəhbəri və panoramik şəhər turları qiymətə daxildir.
Tura daxildir: Belqrad, Sarayevo, Mostar, Blaqaj, Kotor, Perast, Budva və Tirana şəhər turları. Qeyd olunur ki, bütün ekskursiyalar qiymətə daxildir, lakin şəhər vergiləri, muzey girişləri və nahar/şam yeməkləri qiymətə daxil deyil.
Səfər tarixləri:
- 9–16 iyun 2025
- 16–23 iyul 2025
- 6–13 avqust 2025
- 3–10 sentyabr 2025
Qeyd edək ki, qiymətlər 2 və ya 3 nəfərlik otaqda 1 nəfər üçün hesablanır və mayın 1-dək sabit qalır. Turun ödənişi günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.
Ətraflı məlumat və qeydiyyat üçün:
(055) 291 54 30
(050) 999 69 60
(050) 242 02 59
Fuad Mədətov
Finss.az