GO Holiday Travel şirkəti yay mövsümü üçün İstanbul istiqamətində 6 günlük qrup turunu təqdim edib.
Finss.az xəbər verir ki, 5 gecə 6 gün davam edəcək turun qiyməti 699 USD təşkil edir və ilkin olaraq 450 dollar ödəməklə qeydiyyatdan keçmək mümkündür.
Tur iştirakçıları aviabiletlə təmin olunacaq, transfer, səhər yeməkləri və şəhər mərkəzində yerləşən 4 ulduzlu oteldə (Endican Beyazıt və ya alternativ otellər) yerləşmə qiymətə daxildir. Tura həmçinin tur bələdçisi və fotosessiya da daxildir.
Tur proqramı çərçivəsində Gülhane Parkı, Sultanahmet, Ayasofya, Topkapı Sarayı, Qalata Qülləsi, Taksim, İstiklal küçəsi, Kız Kulesi, Dolmabahçe Sarayı və digər məşhur məkanlara ziyarət planlaşdırılıb. III gün isə Böyük Ada və Kınalı Ada ekskursiyası əlavə 30 dollarla təqdim olunur. Eyni zamanda Sapanca və Maşukiyə turu (35 dollar), Balat turu (10 dollar) əlavə olaraq sifariş edilə bilər.
Turun tarixləri:
- 10-15 iyun, 20-25 iyun
- 5-10 iyul, 16-21 iyul
- 10-15 avqust, 20-25 avqust
Tur qiymətləri iki və ya üç nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. Uşaqlar üçün isə 0-2 yaş ödənişsiz, 0-6 yaşda olanlar üçün yalnız aviabilet ödənişi tələb olunur.
Muzey, gəmi və tramvay biletləri qiymətə daxil deyil. Qiymət aviabiletin mövcud dəyərinə görə dəyişə bilər, buna görə erkən rezervasiya tövsiyə olunur.
Ətraflı məlumat və qeydiyyat üçün (051) 322 71 51 və ya (055) 322 71 51 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az