Tel Travel şirkəti tərəfindən “Qaradənizin incisi” adlandırılan Batumi və Trabzonla yanaşı, Martvili və Tbilisiyə 5 günlük tur təşkil olunur.
Finss.az xəbər verir ki, turun qiyməti 589 AZN-dən başlayır və aviabilet, VIP transfer, səhər yeməkləri və azərbaycanlı tur rəhbəri daxil olmaqla təqdim edilir.
Tur iyunun 23-dən 28-dək, iyulun 21-dən 26-dək və avqustun 18-dən 23-dək keçiriləcək. Ekskursiyalar çərçivəsində Tbilisidə Avropa Meydanı, Narınqala, Sülh Körpüsü və qədim Tiflis şəlaləsi, Batumidə isə Martvili Kanyonu, Əli və Nino heykəli, Batumi Bulvarı, Piazza və Maxunceti şəlaləsi kimi görməli yerlər ziyarət ediləcək. Trabzon gəzintisi isə əlavə 40 USD ödənişlə həyata keçiriləcək.
Turun qiymətinə yalnız əl yükü (10 kq) daxil olsa da, əlavə baqaj üçün 70 USD ödənilməlidir. Ön ödəniş 50 faiz təşkil edir və qeyd olunur ki, ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul edilir.
Əlavə məlumat üçün Tel Travel-ə (055) 291 54 30, (050) 999 69 60 və ya (050) 242 02 59 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az