TURİZM

15 May

Şuşa və Xankəndiyə səyahət: Qiymətlər 65 manatdan başlayır

“Travel” şirkəti tərəfindən may ayı ərzində bir və iki günlük Şuşa, Xankəndi, Ağdam, Xocalı və Əsgəran istiqamətində tur təşkil olunur.

Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üzrə 65 manat, standart paket üzrə isə 70 manat olaraq müəyyən edilib. Tur paketinə portal qeydiyyatı, nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, səhər yeməyi (yalnız standart paketdə), çay süfrəsi və foto çəkiliş daxildir.

Tur iştirakçıları Ağdam Cümə Məscidi, Ağdam şəhidlər xiyabanı, Əsgəran Qalası, Xocalı və Xankəndi şəhərlərində tarixi yerləri, Şuşada isə Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Natəvanın bulağı və ev muzeyi kimi məkanları ziyarət edəcəklər.

Toplanış saat 04:00-da Gənclik metrosunun qarşısında baş tutacaq, yola düşmə 04:30-da nəzərdə tutulur. Bakı şəhərinə qayıdış təxminən 23:00–23:30 arası olacaq.

Tur milli-vətənpərvər ruhda təşkil olunduğu üçün proqramda əyləncə və musiqi yer almır. Nahar qiymətə daxil deyil. Bank və kredit səbəbi ilə axtarışda olan şəxslərin turda iştirakı mümkün deyil. Spirtli içkilərin qəbulu qəti şəkildə qadağandır.

Qeydiyyat üçün (050) 983 26 85 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az