TURİZM

12 May

Lavanda sahələrinin gözəlliyi və Qəbələnin cazibəsi bir turda

“İmperator Travel” şirkəti tərəfindən may ayının 24, 25, 28 və 31-də Qəbələyə Lavanda turu təşkil olunacaq.

Finss.az xəbər verir ki, birgünlük turda iştirakçılar həm Lavanda sahəsinin füsunkar mənzərəsindən zövq alacaq, həm də Qəbələnin digər tanınmış turizm məkanlarını gəzəcəklər.

Şirkətdən qeyd edilib ki, tur paketləri 28, 32 və 39 manat olmaqla üç seçimdən ibarətdir. Qiymətə nəqliyyat xidməti, tur rəhbəri, Lavanda sahəsinə giriş və axşam çay süfrəsi daxildir. Standart və giriş daxil paketlərdə səhər yeməyi də təmin olunur. Ekskursiya proqramına Tufandağ Yay-Qış turizm kompleksi və Nohurgöl də daxildir.

Tur səhər saat 07:00-da Bakını tərk edəcək və axşam 22:30-23:30 arası paytaxta geri dönəcək. Şirkət əlavə edib ki, 0-5 yaş arası uşaqlar üçün iştirak ödənişsizdir (nəqliyyatda yer tutulmamaq şərti ilə) və tur zamanı spirtli içkilərin qəbulu qadağandır.

Ətraflı məlumat üçün keçid: //turlar.az/mohtesem-qebele-lavanda-turu-104213.html

Fuad Mədətov
Finss.az