TURİZM

29 Aprel

Azərbaycanda mehmanxanalar gəlirlərini 12,1% artırıb

2025-ci ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 125,1 milyon manata çatıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gəlirlərin böyük bir hissəsi, yəni 58,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən əldə edilib. İctimai iaşə xidmətləri 28%, müalicə və sağlamlıq xidmətləri isə 3,1% paya malik olub. Digər xidmətlərin göstərilməsi isə gəlirlərin 10,3%-ni təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında mehmanxanalarda keçirilən gecələmələrin sayı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11,4% artaraq 868,3 min olub. Gecələmələrin ümumi sayının 58,2%-i Bakıda qeydə alınıb. Digər bölgələr arasında Qusarda 10%, Qəbələdə 5,4%, Şabranda 4,8%, Naftalanda 4,3%, Qubada 3,1%, Lənkəranda 2,6%, Şamaxıda 1,5%, Ağdamda və Naxçıvan Muxtar Respublikasında hər biri 1%, Şuşada isə 1% qeydə alınıb. Ümumilikdə, 7,1% digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınan gecələmələrə aiddir.

Fuad Mədətov
Finss.az