TURİZM

30 Mart

Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 37.9% artıb

Ötən il qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 37.9% artaraq 3.6 milyard dollar təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (2.0 milyard dollar) idxalı (1.6 milyard dollar) üstələməsi nəticəsində 450.3 milyon dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 25.9% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.6 milyard dollar olub. Bunun 79.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).