TURİZM

23 Mart

Xocavənd və Laçın rayonlarında turizm infrastrukturunun yaradılması: Yeni konsepsiyalar hazırlanır

Tərtər çayının üzərində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması işləri davam etdirilib.

 

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, hesabat ilində işğaldan azad edilmiş ərazilərdə turizmin bərpası və inkişafı üzrə tədbirlər həyata keçirilmiş, "Xocavənd Turizm İnkişaf Konsepsiyası", habelə Laçın rayonunun Zabuxçay su anbarı ətrafında turizm infrastrukturunun yaradılmasına dair konsepsiya sənədi hazırlanıb.