TURİZM

06 Mart

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin: Qartal yuvasından Dara xarabalıqlarına

Min illər boyunca Türkiyə ərazisində zəngin və rəngarəng mədəni irs formalaşmışdır. Bu tarixi mirasın mühüm hissələrindən biri də Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Mardin şəhəridir. Unikal memarlığı, dini və etnik müxtəlifliyi ilə tanınan bu şəhər hər il minlərlə turisti özünə cəlb edir.

Tarixi və Coğrafi Mövqeyi

Mardin, Türkiyənin ən qədim və tarixi şəhərlərindən biridir. 2021-ci ilin statistik məlumatlarına əsasən, şəhərin əhalisi 862,757 nəfər təşkil edir. Suriya ilə sərhəddə yerləşən bu şəhər Dəclə vadisində möhtəşəm mənzərəsi və qədim abidələri ilə seçilir.

Mədəniyyətlərin Qovuşduğu Şəhər

Mardin, dillərin, dinlərin və mədəniyyətlərin qovuşduğu bir bölgədir. Şəhərin memarlıq nümunələri, kilsələri, məscidləri, monastırları və qala divarları zamanın sınağından keçərək bu günədək gəlib çatmışdır. Dar küçələrində addımlayarkən insan sanki bir zaman maşınında keçmişə səyahət edir.

Mardin Evləri

Mardindəki daş evlər dünyada memarlıq sənətkarlığının ən gözəl nümunələrindən biridir. Sarı əhəngdaşı ilə tikilmiş bu evlər yayda sərin, qışda isə isti saxlanması ilə seçilir.

Ulu Məscid

Bazar içərisində yerləşən Ulu Məscid, Mardinin ən qədim dini abidələrindən biridir. Tarixi mənbələrə görə, məscid iki minarə ilə tikilsə də, bu gün yalnız biri qalmaqdadır.

Mardin Qalası

“Qartal Yuvası” adlandırılan bu qala X əsrdə inşa edilib və güclü zəlzələlərə tab gətirərək bu günədək qorunub saxlanılıb.

Mardin Muzeyi

Muzeydə Osmanlıdan əvvəlki dövrlərə aid arxeoloji tapıntılar sərgilənir. Burada Mesopotamiya dövrünə aid nadir eksponatlarla tanış olmaq mümkündür.

Dara Xarabalıqları

Mardinin cənub-şərqində yerləşən Dara xarabalıqları Mesopotamiya sivilizasiyasının izlərini daşıyır. Burada qədim kilsələr, bazarlar və saray qalıqları günümüzə qədər gəlib çatıb.

Zinciriye Mədrəsəsi

1385-ci ildə inşa edilən bu mədrəsə tarixi arxitekturası və keçmişdə rəsədxana kimi istifadə olunması ilə məşhurdur.

Kırklar Kilsəsi

Mardin şəhərində yerləşən bu kilsə xristian icmasının mühüm dini mərkəzlərindən biridir.

Mardin - Tarixi və Turistik Cazibə Mərkəzi

Mardin, təkcə tarixi abidələri ilə deyil, həm də zəngin mətbəxi, mehriban insanları və unikal bazarları ilə də diqqət çəkir. Buraya səfər edənlər qədim tarixlə bu günün harmoniyasını hiss edə bilərlər.

Bu şəhər, Türkiyənin ən sirli və mifik bölgələrindən biri olaraq, tarixsevərlərin və mədəniyyət həvəskarlarının mütləq görməli olduğu yerlər sırasında yer alır.