Finss.az - 2025-ci ilin yanvar ayında, ötən ilin müvafiq dövrü ilə müqayisədə, xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,3% artaraq 154,1 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitə tərəfindən verilən məlumata görə, ən çox artım İrana gedən vətəndaşlar arasında qeydə alınıb — 36,5%, ardınca Gürcüstana gedənlərdə isə 15,1%, Türkiyəyə səfər edənlərdə isə 2,9% artım olub. Lakin, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 27,3% azalıb.
Azərbaycan Respublikası vətəndaşlarının 36,1%-i Türkiyəyə, 15,4%-i Rusiya Federasiyasına, 11,7%-i Gürcüstana, 10,7%-i İrana, 26,1%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 67,1%-i kişilər, 32,9%-i qadınlar təşkil edib.
Ən çox istifadə olunan nəqliyyat vasitələri arasında 67,7%-i hava yolu, 29,8%-i dəmir yolu və avtomobil, 2,5%-i isə dəniz nəqliyyatı ilə səfər edib.