Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Bu barədə Fins.az-a AZAL-dan məlumat verilib.
Aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: //bit.ly/azal-app.
![](/file/articles/2024/11/29/1732877268_azal_tel-aviv.jpg)
Zemfira Ms
Fins.az