Azərbaycanda turizm və istirahət zonalarında qadağan ediləcək fəaliyyət növləri müəyyən edilib.
Fins.az xəbər verir, bu, Milli Məclisdə bu gün müzakirə olunan “Turizm haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Təklif olunan layihəyə görə, turizm və istirahət zonalarında aşağıdakı fəaliyyətlər qadağan edilir:
- Kimya sənayesi, metallurgiya və nüvə energetikası ilə bağlı fəaliyyət;
- Böyük sənaye müəssisələrinin, texnoloji avadanlıqların və maşınqayırma müəssisələrinin fəaliyyəti;
- Tullantıların zərərsizləşdirilməsi və emalı ilə bağlı fəaliyyət, eləcə də bu məqsədlə obyektlərin və poliqonların qurulması;
- Ətraf mühitə təsirini qiymətləndirmə sənədinin hazırlanması tələb olunmayan fəaliyyətlər; “Ətraf mühitə təsirin qiymətləndirilməsi” qanununun əlavəsində göstərilən fəaliyyət növləri üçün dövlət ekologiya ekspertizası keçirilmədən həyata keçirilən digər fəaliyyətlər.
Layihə səsverməyə çıxarıldı və üçüncü oxunuşda qəbul edildi. Qeyd edək ki, Azərbaycanın ekoloji sisteminə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vuran fəaliyyətlər 10-dan 15 ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırıla bilər.