TURİZM

29 Avqust

Azərbaycan və Mərakeş arasında səyahət azadlığı: Vizadan azad rejim qüvvəyə mindi

Avqustun 28-dən etibarən Azərbaycan və Mərakeş arasında vizadan azad edilmə haqqında saziş rəsmi olaraq qüvvəyə minir.

Fins.az xəbər verir ki, bu saziş çərçivəsində Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərti ilə Mərakeşə vizasız səyahət edə biləcəklər. Onlar Mərakeşdə 90 günə qədər vizasız qala biləcəklər.

Eyni qayda Mərakeş vətəndaşlarına da şamil olunur. Belə ki, Mərakeş vətəndaşları Azərbaycana səfər etdikləri zaman vizasız rejimdən yararlanaraq 90 günə qədər qalma imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu il mayın 4-də iki ölkə arasında "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb və iyulun 15-də bu saziş rəsmi olaraq təsdiqlənib.

Fuad Mədətov
Fins.az