TURİZM

19 Aprel

Bu ölkədə yeni otel tikintisi qadağan edilib

Hollandiyanın paytaxtı Amsterdamda daha yeni otel binalarının tikintisinə icazə verilməyəcək.

Fins.az xəbər verir ki, Amsterdamda Şəhər Şurası şəhərin imicini yaxşılaşdırmaq və tarixini qorumaq üçün həyata keçirdiyi tədbirlərə yenisini əlavə edib.

Bu kontekstdə edilən şərhdə, “Biz şəhəri sakinləri, qonaqları üçün yaşana bilən hala gətirmək və bunu qorumaq istəyirik".

Amsterdamda yeni otel ancaq o halda tikilə bilər ki, başqa bir otel bağlansın, yatmaq üçün yerlərin sayı artmasa və yeni otel daha yaxşı, məsələn, daha dayanıqlı olsun. Lakin bu qayda artıq icazə almış yeni otellərə şamil edilmir. 

Günel Məlikzadə
Fins.az