TURİZM

09 Aprel

İzmir-Lissabon uçuşları başlayacaq

Türkiyənin ən böyük aşağı büdcəli hava yolu şirkəti Pegasus uçuş şəbəkəsinə yeni marşrut əlavə edir.

Fins.az xəbər verir ki, Ankaradan sonra şirkət İzmir və ətraf vilayətlərdə səyahət həvəskarları üçün maraqlı fürsət təqdim edir.

Pegasus Hava Yolları İzmirdən Portuqaliyanın paytaxtı Lissabona birbaşa uçuşların başlayacağını açıqladı.

Mayın 13-də başlayacaq uçuşlar həftədə üç dəfə, bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Günel Məlikzadə
Fins.az