TURİZM

06 Aprel

Bayram üçün 217 əlavə uçuş - TÜRKİYƏ

Ramazan bayramı ilə əlaqədar olaraq THY və Pegasus çoxlu əlavə uçuşlar planlaşdırıb.

Fins.az xəbər verir ki, bu çərçivədə THY bu gündən aprelin 14-dək 6-sı AJet-in olmaqla 85 əlavə uçuş təşkil edəcək.

Şirkət sərnişinlərdən və stansiyalardan gələn tələblərə uyğun olaraq əlavə reyslərdə yeniliklər edəcək.

Pegasus Hava Yolları 9 günlük Ramazan bayramı ilə əlaqədar daxili və xarici uçuşları artırıb. Aviaşirkət aprelin 15-dək ümumilikdə 132 əlavə reys həyata keçirəcək.

Günel Məlikzadə
Fins.az