TURİZM

05 Aprel

THY-dən ABŞ-da yeni marşrut

Türk Hava Yolları Amerikadakı marşrutlarında Denveri uçuş şəbəkəsinə daxil edir. Bu addım aviaşirkətin Amerikadakı mövcudluğunu daha da gücləndirir.

Fins.az xəbər verir ki, iyunun 11-də başlayacaq Denverə uçuşlar həftədə üç dəfə olmaqla THY-nin müasir donanmasından A350 tipli təyyarələrlə həyata keçiriləcək.

Bununla belə, 2024-cü il iyulun 10-dan etibarən uçuşlar həftənin dörd gününə qədər artırılacaq.

Günel Məlikzadə
Fins.az