TURİZM

05 Aprel

Pegasusun yeni xətti Ankara-Lissabon!

Türkiyənin “Pegasus” rəqəmsal hava yolu şirkəti Ankara-Lissabon reyslərinə başlamaqla iki paytaxtı birləşdirir.

Fins.az xəbər verir ki, Ankara Esenboğa Hava Limanından Lissabona həftəlik 3 uçuşdan ilki 2 aprel 2024-cü ildə edildi. Pegasusun Portuqaliyada ilk nöqtəsi olan Ankaradan Lissabona uçuşlarına biletlər 89,99 avrodan başlayan qiymətlərlə satışdadır.

Ankara Esenboğa Hava Limanında xüsusi olaraq ilk uçuş üçün təşkil edilən mərasimdə, Pegasus Hava Yolları Ticarət Baş Müdir Köməkçisi Onur Dedeköylü və Pegasus səlahiyyətlilərinin iştirak edib.

Günel Məlikzadə
Fins.az