TURİZM

04 Aprel

Ordu-Giresundan yeni beynəlxalq xətt

Pegasus Hava Yolları Ordu Giresun Hava Limanından Almaniyanın Düsseldorf şəhərinə uçuşlara başlayacaq.

Fins.az xəbər verir ki, iyunun 6-da başlaması planlaşdırılan Ordu Giresun-Düsseldorf xəttində uçuşların həftədə bir dəfə həyata keçiriləcəyi açıqlanıb.

Ordu Giresun-Düsseldorf xəttinin uçuş cədvəli aşağıdakı kimidir:

Düsseldorfa uçuşlar hər cümə axşamı saat 21.40-da baş tutacaq.

Ordu Giresuna eniş hər cümə saat 01.15-də olacaq.

Uçuşların oktyabrın sonuna kimi davam etdirilməsi planlaşdırılır.

Günel Məlikzadə
Fins.az