TURİZM

03 Aprel

Antalyaya yeni beynəlxalq xətt

Pegasus Hollandiyanın başqa bir şəhərindən Antalyaya uçuşlara başlayır.

Fins.az xəbər verir ki, Türkiyənin ən böyük aşağı büdcəli hava yolu şirkəti Pegasus Hollandiyanın Almaniya sərhədində yerləşən Maastrixt/Aachen hava limanından yeni marşrut açır.

Aprelin 22-dən etibarən Maastrixt/Axendən Antalyaya həftədə iki dəfə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, Pegasus yay mövsümündə hər bazar ertəsi və cümə axşamı Türkiyənin turistik yerlərinə uçuşlar həyata keçirəcək.

Günel Məlikzadə
Fins.az