TURİZM

01 Aprel

Ruslar Dubayı tərk edirlər

Ruslar da Dubayı tərk edir. 

Fins.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Dubayda məskunlaşan bir çox zəngin ruslar son vaxtlar bankların sərt təcrübələri səbəbindən Birləşmiş Ərəb Əmirliklərini tərk etməyə başlayıblar.

Bloomberg-in məlumatına görə, Dubay bankları ABŞ-ın təzyiqi altında Rusiya vətəndaşlarına və Rusiya şirkətlərinə qarşı tətbiqlərini sərtləşdirib. 

Henley Partners şirkətinin Yaxın Şərq üzrə meneceri Filipp Amarant dedi: “Rusiyalı müştərilərimdən bəziləri iki il əvvəl Dubayda daşınmaz əmlak investisiyalarını azaldıblar. Onlar burada kiçik sərvətlərini qoyub ya Moskvaya qayıtdılar, ya da Mavrikiy kimi daha cəlbedici yerlərə üz tutdular”.

Günel Məlikzadə
Fins.az