TURİZM

27 Mart

Rusiyalı turistlərin sayı azalıb

2024-cü ildə Türkiyəyə gələn rusiyalı turistlərin sayı yanvarda olduğu kimi fevralda da azalıb.

Fins.az xəbər verir ki, fevral ayında Rusiyadan Türkiyəyə 203 min 075 ziyarətçi gəlib. Bu rəqəm ötən ilin fevral ayı ilə müqayisədə 10,8 faiz azalma deməkdir. Ötən ilin fevral ayında Türkiyəyə 227 min 695 rusiyalı səfər edib.

Yanvarda Rusiyaya gələnlərin sayı keçən illə müqayisədə 17,6 faiz azalıb.

Fevral ayında Türkiyənin 5 əsas bazarı arasında eniş göstərən yeganə bazar Rusiya olub.

Azalma səbəbindən rusiyalı ziyarətçilərin sayı İrandan geri qalıb.

Günel Məlikzadə
Fins.az