TURİZM

27 Mart

Misirin bu ilki Rus turist hədəfi

Misir Turizm eTA (ETA) prezidenti Əmr Elkadi, keçən il Rusiyadan Misirə turist axını ilə bağlı rəqəmləri və 2024-cü ilin qismən birinci rübünün rəqəmlərini açıqladı.

Fins.az xəbər verir ki, 2023-cü ildə Misirə 1 milyon 414 min 821 Rusiya vətəndaşının səfər etdiyini ifadə edən Elxadi, "Qəzzadakı müharibə səbəbiylə gözlədiyimiz rəqəmlərdən çox geri qaldıq. Ümumi xarici turist axını ilə bağlı planlarımız 15 milyon səviyyəsində idi. Faktiki rəqəm 14,9 milyon civarında idi. "Rusiyadan 1,5 milyon turist qəbul etməyi planlaşdırırdıq və 1 milyon 414 minə çatdıq".

Keçən il yanvarın 1-dən martın 15-dək Misirə 259 min rus, bu ilin eyni dövründə isə 258 min rusun Misirə gəldiyini ifadə edən Elxadi, “ Tur operatorları ilə görüşlərimizdə  Misirə doğru həcmdə artım gördük. Görürük ki, qış mövsümündə uçuş cədvəllərində müəyyən qədər genişlənmə planlaşdırırlar. Şirkətdən asılı olaraq bəziləri göndərilən turistlərin həcmini 10%-ə qədər, bəziləri isə 15%-ə qədər artırmağı planlaşdırır. Ümumiyyətlə, geosiyasi vəziyyət dəyişmədikcə, 2024-cü ilin sonuna kimi hesab edirik ki, Misirə bir milyon rusiyalı turist gələcək” dedi.

Günel Məlikzadə
Fins.az