TURİZM

18 Mart

“İlin Hava Limanı” seçilib

İstanbul Hava Limanı "Hava Nəqliyyatı Mükafatları" çərçivəsində "İlin Hava Limanı" mükafatına layiq görülüb.

Fins.az xəbər verir ki, mükafat Yunanıstanın Ekali şəhərində keçirilən mərasimdə İGA Baş Direktor müavini (CEO) Səlahəddin Bilgenə təqdim edilib.

Beləliklə, dünyanın hər yerindən olan rəqiblərini geridə qoyaraq 2021, 2022 və 2023-cü illərdə “İlin Hava Limanı” seçilən İstanbul Hava Limanı ardıcıl dördüncü dəfə bu uğura imza atıb.

Günel Məlikzadə
Fins.az