TURİZM

15 Mart

THY-dən bu 5 ölkəyə səyahət edəcəklərə xəbərdarlıq

Türk Hava Yolları (THY) Venesuela, Meksika, Kolumbiya, Kuba və Braziliyaya səyahət edən sərnişinlər üçün əhəmiyyətli xəbərdarlıq edib.

Fins.az xəbər verir ki, THY, bu ölkələrə səyahət edən sərnişinlərin ölkə səlahiyyətliləri tərəfindən müəyyən edilən əlavə nəzarət şərtlərinə diqqət etmələri lazım olduğunu açıqladı. Xüsusilə, əlavə yoxlamaları yerinə yetirməyən sərnişinlərin ölkəyə buraxılmayacağı vurğulanıb. Bəzi ölkələrin son günlər türk sərnişinləri qəbul etməməsindən sonra verilən açıqlamada bu ölkələrdə sərnişin qəbulu üçün əlavə şərtlərin axtarıldığı bildirilib.

THY-dən verilən açıqlamaya görə, Venesuela, Meksika, Kolumbiya, Kuba və Braziliyaya gələn reyslərdə pasport və viza tələbi ilə yanaşı, sərnişinlərin qəbulu üçün əlavə yoxlamalar tətbiq edilir. Bildirilib ki, bu əlavə yoxlamalar yerinə yetirilməsə, sərnişinlərin ölkəyə girişi ilə bağlı müraciətlər rədd edilə bilər. Aviaşirkət təyyarəyə minmə zamanı oxşar yoxlamaların aparılacağını açıqlayıb.

Günel Məlikzadə
Fins.az