TURİZM

13 Mart

Antaliyada 5 ulduzlu oteldə yanğın

Antalyanın Alanya rayonunda 5 ulduzlu oteldə yanğın baş verib.

Fins.az xəbər verir ki, Antalyanın Alanya şəhərinin Avsallar səmtində saat 10:00 radələrində naməlum səbəbdən otelin 1-ci mərtəbəsində baş verən yanğın digər mərtəbələrə də keçib. Xəbərdarlıqdan sonra əraziyə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.

Qruplar yanğını söndürmək üçün işə başlayarkən, Manavgatdan əlavə qüvvələr tələb olunub. Komandaların söndürmə işləri davam edir.

Günel Məlikzadə
Fins.az