TURİZM

05 Dekabr

Azərbaycan İsrail və Türkiyədə keçiriləcək turizm sərgilərində təmsil olunacaq

Azərbaycan şirkətləri 2023-cü ilin 14-15 fevral tarixlərində İsrailin Tel-Əviv şəhərində və 2023-cü ilin 8-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək turizm sərgilərində iştirak edəcək.

"Fins.az" www.tender.gov.az portalına istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi turizm sərgilərində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üçün podratçılar seçir.

Tender təklifləri 5 yanvar 2023-cü il saat 18.00-dək qəbul olunur. Tender təklifləri 6 yanvar saat 12.00-da açılacaq.

Tel-Əviv şəhərində keçiriləcək sərgidə iştirak haqqı 350 manat, İstanbulda keçiriləcək sərgidə iştirak haqqı 250 manatdır.*