TURIZM

23 Aprel

10 günlük unudulmaz və qeyri-adi MEKSİKA TURU

Meksika həqiqətən fərqli bir ölkədir – gözəl çimərlikləri, canlı gecə həyatı və zəngin mədəni irsi ilə sizi həyatınızın unudulmaz və qeyri-adi tətilini keçirməyə sövq edəcəkdir.

Pandemiya dövründə də turistlərin üzünə açıq olan bu ölkə, Azərbaycan vətəndaşları üçün viza prosesinə dəstək olmağa hazırdır.

Fins.az xəbər verir ki, PASHA Travel şirkəti 7 may tarixindən 9 gecə 10 günlük Meksika turu təşkil edir. Tura daxil olan otellər 5 ulduzlu otellərdir. Otellərin orta qiyməti 2479 dollardır. Ən ucuz otel 5 uludzlu Riu Dunamar otelidir. Otelin qiyməti 2385 dollardır.

Ən bahalı otel isə 5 ulduzlu Planet Hollywood Cancun oteldir. Otelin qiyməti 2597 dollardır.

Qiymətə daxildir: Aviabilet , otel: 9 gecə / 10 gün, qidalanma: Hər şey daxil, transfer, (Havalimanı – Otel – Havalimanı), səyahət sığortası.

Qeyd: Qiymət iki nəfərlik otaqda yerləşmək şərti ilə 1 nəfər üçün göstərilib.